Türkiyədə azərbaycanı qızları fahişəliyə cəlb edən şəxs: "Gözəl inşaat işçisi gəldi" - VİDEO

Türkiyədə azərbaycanı qızları fahişəliyə cəlb edən şəxs: "Gözəl inşaat işçisi gəldi" - VİDEO
DÜNYA
13:57 09.05.2018
6576
Türkiyənin Sivas bölgəsində polis fahişəliklə məşğul olanlara qarşı əməliyyat keçirib. Təxminən bir ay sürən əməliyyat hazırlıqları zamanı 50-yə yaxın şəxsin ifadəsini alınıb.

Əməliyyat zamanı fahişəliklə məşğul olduqları ehtimal olunan 5 qadın və fahişələrə araçılıq edən 10 şübhəli şəxs saxlanılıb. Fahişəliklə məşğul olan qadınlardan 4-ü əcnəbidir: 3-ü Gürcüstan, 1-i isə Azərbaycan vətəndaşıdır.

Araçılıq edənlərin telefonla əlaqə saxladıqları şəxslərlə "yaxşı inşaat işçisi var”, "gözəl inşaat işçisi gəldi” kimi şifrələrlə əlaqə qurduqları məlum olub. Onların həmçinin polisin əlinə keçməmək üçün tez-tez qaldıqları yeri dəyişdirdikləri bildirilir.

Mənbənin yazdığına görə, əcnəbi qadınlar polis araşdırmasından sonra öz ölkələrinə göndəriləcək.
 
///Virtualaz.org
 

OXŞAR XƏBƏRLƏR