Dünən Ankaranın Qızılay meydanında baş verən terror hadisəsində həyatını itirənlər arasında məşhur futbolçunun atası da olub.
AZXEBER.COM xəbər verir ki, 37 nəfərin ölümü, 125 nəfərin yaralanmasıyla nəticələnən faciədə dünyasını dəyişənlərdən biri “Qalatasaray”ın hücumçusu Umut Bulutun atası Kamal Bulut olub.
Umutun atası dünən keçirilən “Gənclərbirliyi” – “Qalatasaray” matçını (1:1) stadiondan izləyib və evə dönərkən terror aktının qurbanı olub.