Türkiyədə gənədən ölənlərin sayı artdı

Türkiyədə gənədən ölənlərin sayı artdı
DÜNYA
13:20 28.07.2025
118
Türkiyənin Sivas vilayətində növbəti dəfə gənə sancması nəticəsində xəstəxanaya yerləşdirilən 50 yaşlı qadın həyatını itirib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bununla da şəhərdə gənə səbəbilə ölənlərin sayı 12-yə yüksəlib.

Hadisə Sivasın Zara rayonunda baş verib. Əldə edilən məlumata görə, 50 yaşlı A.Y.-nin bədəninə gənənin yapışdığını fərq edib. Bir müddət sonra səhhətində ciddi problemlər yaranan qadın Sivas Cümhuriyyət Universiteti Xəstəxanasına yerləşdirilib.

Lakin həkimlərin bütün müdaxilələrinə baxmayaraq, A.Y.-nin həyatını xilas etmək mümkün olmayıb. Onun vəziyyəti daha da ağırlaşaraq ölümlə nəticələnib.

Qeyd edək ki, bu, Sivasda cari ildə gənə səbəbilə qeydə alınan 12-ci ölüm hadisəsidir.
 
Oksana
OXŞAR XƏBƏRLƏR