Türkiyədə güclü qasırğa: Xəsarət alanlar var

Türkiyədə güclü qasırğa: Xəsarət alanlar var
SOSİAL
10:07 15.11.2017
1395
Türkiyənin Antalya əyalətinə baş verən güclü qasırğa nəticəsində ən azı 38 nəfər xəsarət alıb.
 
Bu barədə  Türkiyə mətbuatı xəbər verir.
 
Məlumata əsasən, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır.
 
Qasırğa Antalyanın daha çox Finikə, Kaş, Dəmrə, Qumluca və Kəmər rayonlarına zərər vurub. Güclü külək evlərin damını yerindən çıxarıb, ağacları sındırıb, binaların divarını dağıdıb. İri dolu və leysan yağışları kənd təsərrüfatına ciddi ziyan vurub.
OXŞAR XƏBƏRLƏR