Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində və ətraf ərazilərdə zəlzələ baş verib. Zəlzələ bu gün saat 10:43 radələrində İstanbul və ətraf ərazilərdə hiss olunub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələdən sonra Şimali Anadolu, Şərqi Anadolu və Qərbi Anadolu fay xətləri yenidən müzakirə edilir.
Əldə edilən məlumatlar göstərir ki, Türkiyə daxilində 485 aktiv qırılma xətti var. Bu qırılmaların 5,5 və daha yuxarı bal gücündə zəlzələlər törətmək potensialına malik olduğu bildirilir.
Türkiyə və ətrafı 1900-cü ildən zəlzələnin qeydə alınmasının instrumental ölçmələrlə başladığı vaxtdan bu yana 6 və daha yuxarı bal gücündə 231 zəlzələ ilə sarsılıb. Bunlardan 88-i maqnitudası 6,5 və yuxarı olan zəlzələlərdir.
AFAD-ın Zəlzələ və Riskin Azaldılması qurumunun Baş direktoru Orhan Tatar açıqlamasında Türkiyədə hər an zəlzələ yarada bilən aktiv aktiv qırılma xətlərinin olduğunu ifadə edib.
Onun sözlərinə görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ risk altındadır.
Ayşən