Türkiyədə hakim partiyanın qərargahına silahlı hücum olub

DÜNYA
14:10 09.08.2015
1030

Türkiyədə naməlum silahlı şəxslər hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldaki qərargahına hücum ediblər.

AZXEBER.COM-un "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, asayiş keşikçiləri terrorçularadərhal cavab atəşi açıblar.

Hadisə yerinə çevik polis qüvvələrinin cəlb ediləcəyindən ehtiyat edən silahlı şəxslər qısa müddət sonra qərargah binasından uzaqlaşıblar.

Terrorçuların tutulması üçün geniş miqyaslı əməliyyat başlayıb.

Baş nazir Əhməd Davutoğlu artıq hadisəyə münasibət bildirib.Hökümət başçısının sözlərinə görə, Türkiyədə sabitliyi pozmağa çalışan terrorçular istəklərinə nail ola bilməyəcəklər.

OXŞAR XƏBƏRLƏR