Türkiyədə hamilə qadınlar etiraz edir - FOTOLAR

Türkiyədə hamilə qadınlar etiraz edir - FOTOLAR
DÜNYA
13:33 26.07.2013
4271

Türkiyədə hamilə qadınlar etiraz etdilər. 

Buna səbəb Ramazan ayı ərzində Türkiyənin TRT 1 kanalında yayımlanan “Ramazan Sevinci” verilişində ilahiyyatçı Ömər Tuğrul İnançerin hamilə qadınların küçədə gəzməsini tərbiyəsizlik adlandırmasıdır. 

Belə ki, Ömər Tuğrul İnançerin çıxışına hamilələr “Twitter”də “Dirənhamilə” səhifəsi açaraq etirazlarını bildiriblər. Səhifədə istifadəçilər hamiləlik şəkilləri paylaşaraq ilahiyyatçıya şərhləri ilə etiraz ediblər. 

Qeyd edək ki, sözügedən səhifədə adi qadınlarla yanaşı Türkiyənin məşhur müğənnisi Gülbən Ərgənin də hamiləlik fotosu paylaşılıb.//qafqazinfo

OXŞAR XƏBƏRLƏR