Türkiyədə helikopter qəzası- 8 ölü, 8 yaralı

DÜNYA
10:59 13.05.2016
1711
Türkiyədə PKK-lılarla döyüşdə 6 əsgər şəhid olub.
Hakkarinin Çukurca qəsəbəsi ərazisində terrorçularla baş verən döyüşdə 6 əsgər şəhid olub, 8 əsgər isə yaralanıb. Terrorçularla mübarizə üçün bölgəyə göndərilən “Kobra” helikopterinin də qəzaya uğraması nəticəsində 2 pilot həlak olub.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumatı təsdiqləyib. “Terrorçuların zərərsizləşdirilməsi məqsədilə, bölgəyə F-16 təyyarəsi, döyüş vertolyotu, piotsuz uçuş aparatı və canlı qüvvələr cəlb edilib. İndiyə qədər altı terrorçu məhv edilib. Əməliyyatlar davam edir”, -deyə gərargahın açıqlamasında bildirilir.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR