Türkiyədə helikopter qəzası – FOTOLAR

DÜNYA
11:27 13.10.2014
1088

4 nəfər həyatını itirdi.

Türkiyənin Kocaeli vilayətinin Kartəpə yaşayış məntəqəsində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “S-70B Sikorsky” helikopteri qəzaya uğrayıb.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qəza nəticəsində hərbi vertolyotda olan 4 nəfər həyatını itirib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının internet saytında yazılan məlumata görə, helikopter Konyada təlimdə iştirak etməli imiş.

Helikopter Kartəpə yaşayış məntəqəsinin üzərində olarkən onunla əlaqə kəsilib və o, yerə düşüb. Hazırda qəzanın səbəbləri araşdırılır.

OXŞAR XƏBƏRLƏR