Türkiyədə helikopter Tədris və Araşdırma Xəstəxanasının binasına çırpılıb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, hadisə Muğla şəhərində qeydə alınıb.
Xəstəxana binasına çırpılan helikopter qəzadan sonra yerə düşüb.
4 nəfərin öldüyü bildirilib.
Hadisə yerində axtarış-xilasetmə tədbirləri başlayıb.