Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb, ölən və xəsarət alanlar var.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə Tokat-Niksar magistral yolunda qeydə alınıb. Hadisənin baş verməsinə səbəb yolun buz bağlaması olub.
Belə ki, sürücü idarəetməni itirib, avtomobil yol kənarındakı betona çırpılıb.
Qəza nəticəsində, 1 hərbi qulluqçu ölüb, 3 nəfər isə yaralanıb.