Türkiyənin Tunceli əyalətində hərbi helikopter qəzaya uğrayıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, helikopterdə olan 12 nəfər şəhid olub.
Helikopterdə 1 hakim, 1 gizir, 7 polis əməkdaşı və 3 ekipaj üzvü olub.
İlkin məlumata görə, qəzaya səbəb əlverişsiz hava şəraiti olub.