Türkiyədə hərbi hissə atəşə tutuldu - Hərbçilər yaralandı

Türkiyədə hərbi hissə atəşə tutuldu - Hərbçilər yaralandı
DÜNYA
18:26 22.01.2018
1711
Türkiyənin şərqindəki Hakkari vilayətində hərbi hissə İraq ərazisindən atəşə tutulub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, İraq ərazisindən hədəflənən raket atəşi nəticəsində 3 türk hərbçi yaralanıb.

Bildirilir ki, atəş PKK terror təşkilatının mənsubları tərəfindən açılıb.

İnsidentdən dərhal sonra Türkiyə adekvat cavab verib. Türkiyə təyyarələri İraqın şimalında hava əməliyyatlarına başlayıb.
OXŞAR XƏBƏRLƏR