Türkiyədə hərbi kortejə hücum - 2 hərbçi şəhid oldu

Türkiyədə hərbi kortejə hücum - 2 hərbçi şəhid oldu
DÜNYA
15:01 24.05.2018
5085
Türkiyənin Hakkari vilayətində hərbi kortejə hücum edilib.

Səhər 08.30 radələrində baş verən hücum nəticəsində iki hərbçi şəhid olub, 3 nəfər isə yaralanıb. 

Məlumata görə, hücum PKK terror təşkilatının mənsubları tərəfindən törədilib. 

Yaralılar Hakkaridə yerləşən dövlət xəstaxanasına yerləşdirilib.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
 
///BakuPost
OXŞAR XƏBƏRLƏR