Türkiyədə humanitar yardımları oğurlayıb gizlədən şəxs saxlanıldı - VİDEO

Türkiyədə humanitar yardımları oğurlayıb gizlədən şəxs saxlanıldı - VİDEO
DÜNYA
15:27 11.02.2023
243
Türkiyəni dərindən yaralayan zəlzələnin açdığı yaraları sarımaq üçün hər kəsin səfərbər olduğu bir vaxtda, bir nəfər Hatayın Antakya rayonunda yardım ləvazimatlarını oğurlayaraq gizlədib.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, həmin şəxs polis tərəfindən yaxalanıb.

Onun evinin anbarına baxış zamanı müəyyən edilib ki, həmin şəxs əlbir olduğu adamlarla birgə 6 saat ərzində 3 yük maşınında olan humanitar yardımları oğurlayaraq gizlədib.

Anbardan 4 paket uşaq bezi, yarım yük maşını su, 2 maşından artıq tekstil materialları və paltarlar, 4 paket yumurta və müxtəlif ərzaq məhsulları götürülüb.

Həmin görüntüləri təqdim edirik:
 
OXŞAR XƏBƏRLƏR