Türkiyədə iki həftə ərzində koronavirusa yoluxma 5 dəfə artıb

Türkiyədə iki həftə ərzində koronavirusa yoluxma 5 dəfə artıb
DÜNYA
18:30 10.07.2022
321
Türkiyədə son iki həftə ərzində koronavirusa yoluxanların sayında təxminən 5 dəfə artım qeydə alınıb

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

"Təkcə iyunun 27-dən iyulun 3-dək Türkiyədə koronavirusa yoluxanların sayı bir həftə əvvəlki ilə müqayisədə 114 faiz artıb. Son iki həftə ərzində artım demək olar ki, 5 dəfədir", - açıqlamada deyilir.

Nazirin sözlərinə görə, əsas pay "omikron" ştamının payına düşür.

Koca bununla bağlı 50 yaşdan yuxarı vətəndaşları koronavirusa qarşı yeni peyvənd qəbul etməyə çağırıb.
OXŞAR XƏBƏRLƏR