“Türkiyədə inflyasiyanın azaldılması üçün siyasət həyata keçirəcəyik”

“Türkiyədə inflyasiyanın azaldılması üçün siyasət həyata keçirəcəyik”
DÜNYA
17:15 12.06.2023
169
"Minimum əmək haqqı ilə bağlı hazırlıqlar və görüşlər başlayacaq”.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, bunu Türkiyə prezidentinin köməkçisi Cevdet Yılmaz bildirib.
 
O, ölkədə inflyasiyanın azaldılması üçün addımlar atacaqlarını söyləyib:

"İqtisadi baxımdan insanların gözləntilərini qarşılamaq üçün planlı və proqramlı şəkildə addımlar atılacaq. Türkiyə üçün inflyasiya məsələsi çox mühüm prioritetdir. Biz inflyasiyanın azaldılmasına yönəlmiş siyasət həyata keçirməklə yanaşı, onun böyük sosial seqmentlərə təsirini minimuma endirməyə yönəlmiş siyasət də həyata keçirəcəyik. İyul ayında minimum əmək haqqı, işçilər və pensiyaçılarla bağlı müxtəlif araşdırmalar aparacağımızı söylədik. Bu çərçivədə addımlarımızı atmağa başladıq. Minimum əmək haqqı ilə bağlı hazırlıqlar və görüşlər başlayacaq”.

Cevdet Yılmazın sözlərinə görə seçkilərdən sonra əsas məsələləri xalqın rifahı, əmin-amanlığı, xoşbəxtliyidir:

"Xüsusilə iqtisadiyyat baxımından gözləntiləri qarşılayacaq. Qarşıdakı proseslərdə biz hər bir siyasətimizi, hər bir tədbirimizi mərhələ-mərhələ, planlı və proqramlaşdırılmış şəkildə həyata keçirəcəyik. Qarşıda 5 ilimiz var. Biz onları müəyyən təqvim çərçivəsində həyata keçirəcəyik. Siyasətimizin əsasını etimad təşkil edir”,-deyə C. Yılmaz söyləyib.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR