Türkiyədə inşaat qəzası zamanı dağıntı olub, xəsarət alanlar var

Türkiyədə inşaat qəzası zamanı dağıntı olub, xəsarət alanlar var
DÜNYA
02:14 24.10.2025
63
Türkiyənin Rize vilayətinin Çamlıhemşin rayonunda inşaat qəzası zamanı baş verən dağıntı nəticəsində 5 işçi xəsarət alıb.

Bu barədə AZXEBER.COM yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, dərədə bərpa işləri zamanı beton qəliblər quraşdıran işçilər dağıntılar altında qalıblar. Hadisə yerinə təcili tibbi yardım, xilasedicilər, jandarm əməkdaşları cəlb olunub.

Yaralılar dağıntılar altından çıxarılaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR