Türkiyədə intihar edən diplomat azərbaycanlı deyil

Türkiyədə intihar edən diplomat azərbaycanlı deyil
SİYASƏT
15:39 23.01.2016
1679
Bu gün Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda çalışan və İslam Konfransı Gənclik Forumunun əməkdaşı olan diplomat Fəxrəddin Əliyevin intihar etməsi ilə bağlı mətbuatda xəbərlər yerləşdirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COMa verilən məlumata görə, Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunda Fəxrəddin Əliyev adlı şəxs işləməyib.
“Ümumiyyətlə, Xarici İşlər Nazirliyi sistemində sözügedən şəxs çalışmayıb”, - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, hadisə İstanbulun Küçükçəkməcə rayonu ərazisindəki Səfaköy silah poliqonunda baş verib.
F. Əliyev öz sürücüsü ilə birlikdə poliqona gəlib. Silahla dəfələrlə hədəflərə atəş açan diplomat son gülləsini öz başına vurub. O, yerindəcə keçinib. Küçükçəkməcə əmniyyət müdirliyi (polis idarəsi) intiharın səbəblərini araşdırmaq üçün təhqiqata başlayıb.
Diplomatın meyiti İstanbul Ədliyyə Tibb Qurumunun morquna aparılıb.
OXŞAR XƏBƏRLƏR