Türkiyədə işçiləri daşıyan mikroavtobus aşıb, ölən və yaralananlar var

Türkiyədə işçiləri daşıyan mikroavtobus aşıb, ölən və yaralananlar var
DÜNYA
10:29 25.10.2025
62
Türkiyənin Bartın vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM "Report"ainadən xəbər verir ki, sənaye bölgəsinə işçi daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 19 nəfər yaralanıb.

Polis, yanğınsöndürmə, təcili yardım və jandarma qrupları hadisə yerinə cəlb olunub. Qəza zamanı yaralanan şəxslər Bartın Dövlət Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR