Türkiyədə martın 19-dan 25-dək keçirilən etiraz aksiyalarında 1400-dən çox şəxs saxlanılıb.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.
Onun sözlərinə görə, indiyədək saxlanılan 979 şübhəli şəxsin 478-i məhkəmə qarşısına çıxarılacaq.
"Küçələrdə terrorun törədilməsinə, milli-mənəvi dəyərlərə zərbə vurulmasına, polislərə hücum edilməsinə imkan verilməyəcək",-deyə nazir əlavə edib.
//BAKU.WS