Türkiyədə kişi 2 aydır evli olduğu qadını BALTALADI

Türkiyədə kişi 2 aydır evli olduğu qadını BALTALADI
DÜNYA
16:31 10.03.2025
186
Halit Can Sakman (26 yaş) adlı şəxs 2 aydır evli olduğu Sevcan Demir Sakman (26 yaş) adlı qadını balta ilə qətlə yetirib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ötən gün Türkiyənin paytaxtı Ankarada baş verib.
 
2 ay əvvəl ailə quran Halit Can və Sevcan Demir Sakman arasında dünən günorta saatlarında maddi problemlər üzündən mübahisə düşüb. Axşam saatlarında Halit Can Sakman evə gələndə tərəflər arasında daha bir mübahisə düşüb.
 
İddiaya görə, Halit Can Sakman Sevcan Demir Sakmana balta ilə vurub.
 
Qışqırıq səsindən sonra hadisə yerinə Polis və təcili yardım qrupları göndərilib.
 
Halit Can Sakmanın həyat yoldaşını öldürdüyü, daha sonra isə baltasını onun boğazına qoyduğu müəyyən edilib.
 
Meyit yarılma üçün morqa aparılıb. Halit Can nəzarətə alınıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR