Türkiyədə kişi boşandığı qadını qətlə yetirdi

DÜNYA
12:05 24.02.2025
216
Türkiyədə növbəti dəfə boşandığı kişi tərəfindən bıçaqlanan qadın həyatını itirib.
 
AZXEBER.COM xəbər verir ki, hadisə Türkiyənin Gaziantep bölgəsində baş verib.
 
Belə ki, hadisə səhər saatlarında baş verib.

İddiaya görə, Mahmut Kürkçü (40 yaş ) adlı şəxs səhər saatlarında naməlum səbəbdən keçmiş həyat yoldaşı Nejla Özbiber (38 yaş) evinə gələrkən onunla mübahisə edib.
 
Mübahisə böyüyüb və Mahmut Kürkçü keçmiş həyat yoldaşı Nejla Özbiberi bıçaqlayıb. Bıçaqlanan qadın ağır yaralanıb. Hadisəni törətməkdə təqsirli bilinən keçmiş ər isə hadisə yerindən qaçıb.
 
Qeyd edək ki, cütlüyün bu evlilikdən 3 uşağı olub.

Oksana
OXŞAR XƏBƏRLƏR