Türkiyədə koronavirusa yoluxanların sayı 217,8 minə çatıb

Türkiyədə koronavirusa yoluxanların sayı 217,8 minə çatıb
DÜNYA
22:06 17.07.2020
1357
Bu gün Türkiyədə koronavirusdan 18 nəfər vəfat edib.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, ölkədə koronavirusdan ölənlərin sayı 5 458 nəfərə çatıb.

Nazirin sözlərinə görə, son sutkada ölkədə COVID-19-a 926 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının ümumi sayı 217 799 nəfərə yüksəlib.

Son gün ərzində 1 014 pasiyent sağalaraq evə buraxılıb. Bununla da koronavirusdan sağalanların sayı 199 834 nəfər təşkil edir.
OXŞAR XƏBƏRLƏR