Türkiyədə koronavirusdan bu gün 87 nəfər öldü

Türkiyədə koronavirusdan bu gün 87 nəfər öldü
DÜNYA
22:21 08.04.2020
1181
Türkiyədə koronovirusdan (COVID-19) ölənlərin sayı artıb.  

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəlikdən bu gün daha 87 nəfər vəfat edib. 

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca "Twitter” hesabından açıqlama yayıb. 

Nazir qeyd edib ki, son 24 saatda 24900 şübhəli koronavirus testindən keçib, onlardan 4117 nəfərinin cavabı pozitiv çıxıb. 

Bugünkü ölümlərlə birlikdə Türkiyədə yeni növ koronavirusdan indiyədək 812 nəfər dünyasını dəyişib, 38226 nəfərdə isə virusa yoluxma aşkarlanıb. Onlardan 1492 nəfəri reanimasiyadadır, 1846 nəfərin isə müalicəsi müsbət nəticə verib.  
OXŞAR XƏBƏRLƏR