Türkiyədə koronavirusdan ölənlərin sayı 37-yə çatıb

Türkiyədə koronavirusdan ölənlərin sayı 37-yə çatıb
SOSİAL
00:55 24.03.2020
3847

Türkiyədə yeni tip koronavirusdan (COVID-19) ölüm sayı 37-yə çatıb.

AZXEBER.COM-un xəbərinə görə, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 3672 şübhəli koronavirus testindən keçib, onlardan 293-nün cavabı pozitiv çıxıb.

 

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 1529-a çatıb.

OXŞAR XƏBƏRLƏR