Türkiyədə koronavirusla bağlı son vəziyyət

SOSİAL
21:24 29.05.2020
582

Bu gün Türkiyədə koronavirusdan daha 28 nəfər ölüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 4 489-a çatıb. 

Sutka ərzində COVID-19-a daha 1 141 yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi sayı 162 120 təşkil edir.

Son gün ərzində Türkiyədə daha 1 594nəfər virusdan sağalıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 125 963-ə çatıb.   

OXŞAR XƏBƏRLƏR