İŞİD-ın Kobaniyə hücumuna etiraz edənlərin Türkiyədə keçirdiyi etiraz aksiyaları zamanı ölənlərin sayı artıb.Ən son məlumata görə, baş verən toqquşmalarda artıq 22 nəfər ölüb. Ölüm faktları Mardin, Adana və Siirtdə qeydə alınıb. Qarşıdurmalarda 4 nəfər linç edilərək, 3 nəfər yanaraq, 12 nəfər isə odlu silahdan açılan atəş nəticəsində ölüb.27 rayon mərkəzində baş verən ixtişaşlarda 170 polis atılan daş və molotof kokteylləri nəticəsində yaralanıb. 217 nəfər saxlanılıb.