Türkiyədə mis mədənində naməlum səbəbdən çökmə baş verib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yüngül xəsarətlər alıb.
Baş verən çökmə nəticəsində həyatını itirənlərdən birinin Giresunlu olduğu öyrənilib.
Giresundan olan Mühendis Zekayi Can Çalık haqda maraqlı faktlar ortaya çıxıb. Belə ki, Ören qəsəbəsindən olan Zekayinin 5 ay əvvəl evləndiyi və ölümündən 3 gün əvvəl sosial media hesabında həyat yoldaşı Humay Çalıkla 'Aşk' adlı fotosunu paylaşdığı görülüb.
Çalık cütlüyünün Ankarada yaşadığı, Humay Çalığın isə Ankarada xəstəxanada tibb bacısı işlədiyi öyrənilib.
Günel