Türkiyədə meşə yanğını başlayıb.
AZXEBER.COM "Hürriyet” istinadən xəbər verir ki, Balıkəsir vilayətinin Kepsut rayonunda yerli vaxtla saat 11:00 radələrində meşə kənarındakı ərazidə başlayan və daha sonra meşəyə keçən yanğın küləyin təsiri ilə Sarıfakılar məhəlləsi istiqamətində yayılır.
Yanğına havadan və qurudan müdaxilə edilir.











































