Türkiyədə meşə yanğınları ilə bağlı 44 şübhəli saxlanılıb, on nəfər həbs olunub

Türkiyədə meşə yanğınları ilə bağlı 44 şübhəli saxlanılıb, on nəfər həbs olunub
DÜNYA
23:06 04.07.2025
881
Türkiyənin 12 vilayətində 65 meşə yanğını ilə bağlı ümumilikdə 44 şübhəli saxlanılıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.

O bildirib ki, saxlanılanlardan 10-u həbs olunub.

Nazir yanğınların söndürülməsi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.
 
/Report
OXŞAR XƏBƏRLƏR