Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 7 nəfər saxlanıldı

Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 7 nəfər saxlanıldı
DÜNYA
19:30 17.07.2023
211
Türkiyənin 8 əyalətində meşə yanğınlarını törətməkdə şübhəli bilinən 7 nəfər təsbit edilərək saxlanılıb.

Bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.

Onun sözlərinə görə, saxlanılanlarla bağlı araşdırma aparılır. Nazir bildirib ki, 2 şübhəli tutulub, 2-si haqqında nəzarət qərarı verilib, biri barəsində istintaq davam edir: "Bundan başqa, əyalət və rayonlarda meşə yanğınları törətməkdə şübhəli bilinənlərin təsbit edilməsi istiqamətində fəaliyyət davam edir”.
OXŞAR XƏBƏRLƏR