Türkiyədə meşə yanır, təyyarə və helikopterlər cəlb olunub

Türkiyədə meşə yanır, təyyarə və helikopterlər cəlb olunub
DÜNYA
20:19 12.09.2025
230
Türkiyənin Balıkesir vilayətində meşə yanır.

AZXEBER.COM "Habertürk"ə istinadən xəbər verir ki, Edremit rayonunda başlayan yanğın küləyin təsiri ilə geniş əraziyə yayılıb.

Əraziyə müxtəlif texniki vasitələr, o cümlədən dörd təyyarə, beş helikopter və 140 nəfərlik şəxsi heyət cəlb olunub.

Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə davam edir.
OXŞAR XƏBƏRLƏR