Türkiyədə meşələri yandırmaq istəyən terrorçu saxlanıldı

Türkiyədə meşələri yandırmaq istəyən terrorçu saxlanıldı
DÜNYA
23:04 28.08.2022
387
Türkiyənin Antalya vilayətində meşələri yandırmağa çalışan PKK terrorçusu saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, PKK-KCK terror təşkilatının fəaliyyətinin aşkarlanması və qarşısının alınması istiqamətində aparılan araşdırma nəticəsində şübhəli şəxs ələ keçirilib.

Türkiyənin Kayseri vilayətindən Antalyaya gələn terrorçunun üzərində sulfat turşusu və Antalyanın xəritəsi aşkarlanıb.

Polisə ifadə verən Ahmet K. Suriyada terror fəaliyyətlərində iştirak etdiyini və kod adı "Devran-Rojhat” olan terrorçudan Antalyada meşələrin yandırılması ilə bağlı təlimat aldığını etiraf edib. 
OXŞAR XƏBƏRLƏR