Türkiyədə məşhur serialların yayımı dayandırıldı

Türkiyədə məşhur serialların yayımı dayandırıldı
DÜNYA
18:05 04.01.2019
15397

Ölkəmizdə də yetəri qədər izlənilən, hətta Azərbaycan üzrə "YouTube" trendində ilk sıralarda qərarlaşan türk serialları 3 həftə yayımlanmayacaq.


AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, TRT kanalı istisna olmaqla digər telekanallar ortaq qərar qəbul ediblər. 

Bu haqda "Jet Sosyete" serialının ssenari müəllifi Gürse Birsel sosial şəbəkə hesabında məlumat verib. 

Onun sözlərinə görə, buna səbəb həm reklam şirkətlərinin bu müddət ərzində seriallara pul ayırmaması, həm də ekran işini ərsəyə gətirən şirkətlərin sponsorlarla olan müqavilələrini yeniləməməsidir. 

Artıq ötən gecə "Sen Anlat Karadeniz" serialının yeni bölümü yayımlanmayıb. Ekran işi 23 yanvar tarixində tamaşaçılarının görüşünə gələcək. 
OXŞAR XƏBƏRLƏR