Türkiyədə mikroavtobus aşdı: 2 ölü, 15 yaralı

Türkiyədə mikroavtobus aşdı: 2 ölü, 15 yaralı
DÜNYA
17:52 02.06.2025
419
Türkiyədə dəfn mərasimindən qayıdan insanları daşıyan mikroavtobusun aşması nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sürücüsü hələlik məlum olmayan mikroavtobus Sivasın Şarkışla rayonunda yas mərasiminə qatıldıqdan sonra Ankaraya getmək üçün yola düşüb
 
Sivas-Yozqat avtomobil yolunda mikroavtobus idarəetməni itirərək aşıb.
 
Qəzanın xəbəri üzərinə hadisə yerinə sağlamlıq, polis və xilasetmə qrupları sövq edilib.

Qəzada 2 nəfər həyatını itirib, 5-i ağır olmaqla 15 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara göndərilib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR