"Narkokapan-Muğla" əməliyyatında 73 şübhəlinin saxlanıldığını, onlardan 43-nün həbs edildiyi açıqlanıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya açıqlama verib.
Daxili İşlər naziri Ali Yerlikayanın paylaşdığı məlumata görə, Muğlada 4 gün əvvəl narkotik satıcılarına qarşı eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat nəticəsində 73 şübhəli saxlanılıb, 43 nəfər isə həbs edilib. Onlardan 30-u üzrə məhkəmə nəzarəti qərarları verilib. Əməliyyatla bağlı məlumat verən nazir Yerlikaya deyib:
"Əməliyyatda hədəfimiz xüsusilə gənclərimizi təqib edən məhəllə və küçələrdə narkotik satanlar idi. "Narkotik Tacir" olaraq adlandırılan küçə tacirlərinin sosial media vasitəsi ilə narkotik satdıqları və narkotik alveri üçün mesajlaşma proqramı təşkil etdikləri müəyyən edilib.
4 ay davam edən bu müddət ərzində Muğlanın rayonları yenidən diqqət mərkəzinə alınıb, əldə edilən məlumatlar texniki və fiziki nəzarətlə araşdırılıb və törədilən cinayətlərlə bağlı bütün fəaliyyətlər bir-bir sübuta yetirilib".
Oksana