Türkiyədə hüquq-mühafizə orqanlarının məşhur şəxslərlə bağlı genişmiqyaslı narkotik təhqiqatı nəticəsində daha dörd tanınmış şəxs saxlanılıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində sosial media fenomüni Bilal Hancı, jurnalist Mehmet Üstündağ, Abdullah Gençal və İbrahim Barut həbs olunub.
Xəbərdə bildirilir ki, daha üç şübhəli şəxs haqqında həbs qərarı verilib. Adları açıqlanmayan həmin məşhurların hazırda ölkə xaricində olduqları bildirilir.
Hüquq-mühafizə orqanlarının onları ələ keçirmək üçün lazımi prosedurlara başladığı da məlum olub.










































