Türkiyəni sarsıdan qalmaqallı korrupsiya əməliyyatında oğlu Kaan Çağlayanın adı keçməsi və həbsə alınmasıyla bağlı Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan istefa verdiyini açıqlayıb.
Bu barədə Türkiyə mediası xəbər yayıb.
Xatırladaq ki, Çağlayandan başqa da sözü gedən qalmaqalda iki nazirin övladının və bir nazirin özünün adı hallandırılır.
Nazir bildirib ki, dekabrın 17-də həyata keçirilən əməliyyatda hökumətə, partiiyaya və ölkəyə qarşı çirkli bir dəzgah olduğu ortadadır: "Yaxın iş yoldaşlarımın və övladımın da daxil edildiyi bu çirkin oyunu pozmaq və gerçəklərin ortaya çıxmasını təmin etmək üçün iqtisadiyyat naziri vəzifəsindən ayrılmışam".