Türkiyədə nəzarətə alınan 140 şübhəlidən 5-i həbs olundu

Türkiyədə nəzarətə alınan 140 şübhəlidən 5-i həbs olundu
DÜNYA
01:30 30.03.2025
261
İstanbul Böyükşəhər Bələdiyyəsini (İBB) hədəf alan korrupsiya və terror araşdırmalarından sonra icazəsiz nümayişlərə qarşı əməliyyatlarda saxlanılan 140 şübhəlidən 5-i həbs edilib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, şübhəlilər İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılıblar.
 
Belə ki, istintaq çərçivəsində, ictimai asayişi qorumaq və mümkün təhrikedici hərəkətlərin qarşısını almaq məqsədilə 19-23 mart tarixləri arasında İstanbul valiliyinin hər cür yığıncaq, nümayiş və mətbuat açıqlamalarına qadağa qoyulması ilə bağlı qərarına tabe olmadıqları səbəbi ilə nəzarətə alınan 140 şübhəlinin əməliyyatları tamamlanıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR