Dekabrın 3-də boşanma ərəfəsində olduğu əri tərəfindən silahla vurulan qadın dünyasını dəyişib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Manisa bölgəsində baş verib.
Xəstəxananın reanimasiya şöbəsində müalicə alan Mehtap Y. (37 yaş) adlı qadın 17 gündür həyatda qalmaq uğrunda mübarizə aparırdı. Bu gün səhər saatlarında isə qadının həyatını itirdiyi məlum olub.
Mərhumun meyidi tibbi ekspertizaya göndərilib.
Hadisəni törədən şəxs polis tərəfindən tutulub.
Oksana