Türkiyənin, Hakkari şəhərinin Yüksekova mahalında terrorçularla təhlükəsizlik qüvvələri arasında növbəti dəfə atışma olub.
AZXEBER.COM-un "Habertürk"ə istinadən verdiyi məlumata görə, 4 türk hərbçisi ölüb, 5-i yaralanıb.
Yaralı əsgərlər helikopterlər vasitəsi ilə xəstəxanaya göndəriliblər.
Qarşıdurmanın hələ də davam etdiyi bölgəyə çox sayda təhlükəsiz qüvvələri göndərilib.
Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyat başlayıb