Narkotik aludəçisi olan 27 yaşlı Oğuzhan Akyol mübahisə zəminində 65 yaşlı atası Süleyman Akyolu 5 bıçaq zərbəsi ilə öldürüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin paytaxtı Ankarada baş verib.
Belə ki, Süleyman Akyol və ögey qardaşı Burakla birlikdə yaşayan Oğuzhan Akyol 1 ay əvvəl atası ilə mübahisə edərək evi tərk edib. Bu gün yerli saatla 09.30 radələrində evə gələn Oğuzhan Akyol qardaşından atasının harada olduğunu soruşub.
Atasının evdə olduğunu öyrənən Oğuzhan Akyol daha sonra mənzildən çıxaraq gözləməyə başlayıb.
Bir müddət sonra işə getmək üçün evdən çıxan və atasına telefonla zəng edən Burak Akyol qardaşının binanın kənarında olduğunu deyib və atasına qardaşını evə almamağını tapşırıb.
Görüşdən sonra evdən çıxan Süleyman Akyol oğlu Oğuzhan Akyolun yanına gedib. Bir müddət söhbət edib evə qayıtdıqdan sonra saat 11:00 radələrində ata və oğul arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə tezliklə davaya çevrilib. Oğuzhan Akyol mətbəxdən götürdüyü bıçaqla atasının boynundan və kürəyindən 5 bıçaq zərbəsi vurub, daha sonra evdən çıxıb.
Evə gəlib atasını qanlar içində görən Burak Akyolun xəbəri üzərinə təcili yardım və polis qrupları ünvana sövq edilib. Yoxlama zamanı Akyolun həyatını itirdiyi müəyyən edilib.
Müayinədən sonra Süleyman Akyolun cənazəsi meyitxanaya aparılıb.
Oksana