AKP, CHP və HDP-dən öz namizədliklərini irəli sürən erməni namizədlər qalib gəliblər.
AZXEBER.COM xəbər verir ki, AKP-nin 2-ci bölgə 12-ci sıradan namizədliyini irəli sürən jurnalist Markar Esayan, CHP-nin 2-ci bölgə 1-ci sıradan namizədliyini irəli sürən Selina Uzuner Doğan və HDP-dən 3-cü bölgə 2-ci sıradan namizədliyini irəli sürən Karabet Paylan seçkilərdə qalib gəliblər.
Xatırladaq ki, ötən gün qardaş ölkədə parlament seçkiləri keçirilib. Nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) 42,6, CHP 24,9, MHP 16,9, HDP isə 11,3 faiz səs alıb.