Türkiyədə partlayış olub, xəsarət alanlar var

Türkiyədə partlayış olub, xəsarət alanlar var
DÜNYA
23:47 31.10.2025
79
Türkiyənin İstanbul şəhərində binalardan birinin zirzəmisində partlayış baş verib.

Bu barədə "Haber Global" məlumat yayıb.

Partlayış Bağcılar rayonundakı 15 İyul məhəlləsində qeydə alınıb.

Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Əraziyə polis, yanğınsöndürən və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma başlayıb.

Yaralıların sayı və partlayışın səbəbi hələ məlum deyil.

/report
OXŞAR XƏBƏRLƏR