Türkiyənin Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədlərin yekun siyahısı ilə bağlı qərarı "Rəsmi Gazete"də dərc olunub.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Muharrem İncə, "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki Prezident Rəcəb Tayyib Ərdoğan və "ATA İttifaqı"nın namizədi Sinan Oğanın adları bülletendə yer alacaq.
Qərara əsasən, namizədlər ianə toplamaq üçün valyuta hesabı aça biləcəklər.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək.
Ayşən