Türkiyədə prezident seçkisinin vaxtı məlum oldu

DÜNYA
10:00 15.04.2014
1126
Türkiyədə bu il keçirilməsi planlaşdırılan president seçkisinin vaxtı məlum oldu.ANS PRESS-in Türkiyə bürosunun verdiyi məlumata görə, bu barədə Türkiyənin Ali Seçki Şurası (YSK) məlumat yayıb.YSK-dan verilən rəsmi açıqlamaya görə, Türkiyədə prezident seçkisinin ilk turu 2014-cü il avqustun 10-da keçiriləcək.Seçkinin ikinci turu isə avqustun 24-də baş tutacaq.Xarici ölkələrdə yaşayan türklər isə yaşadıqları ölkədəki Türkiyə səfirliklərində iyulun 31-I ilə avqustun 3-ü arasında səs verəcək.
OXŞAR XƏBƏRLƏR