AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ali Yeşildağ "Twitter” hesabında "Beldən aşağı vurmayacağımı demişdim, amma indi hər şey icazəlidir. Bu xalq hər şeyi bilməlidir. Sabah saat 12:00-da Muharrem İncenin cinsi əlaqə kasetindən bir bölüm paylaşacağam. Uşaqları ekrandan uzaqlaşdırın” paylaşımını edib.
Muharrem İnce Yeşildağın bu paylaşımına cavab verib.
O məsələ ilə bağlı açıqlamasında "Əlinizdə saxta sənəd, saxta qəbz, saxta görüntü varsa, bir dəqiqə belə gözləmədən bunları dərc edin. Mən heç vaxt FETÖ-yə, PKK-ya, Hizbullaha boyun əyməmişəm. Hər birinizlə məhkəmədə hesablaşacağam”, - deyə bildirib.
Ayşən