Türkiyənin Kocaeli şəhərində bədbəxt hadisə baş verib. Gebze ədliyyəsində çalışan prokuror Ayhan Uyumaz Gebze 1-ci Ağır Cəza Məhkəməsində keçirilən proses zamanı qəfil infarkt keçirib.
AZXEBER.COM xəbər verir ki, məhkəmə zalında səhhəti pisləşən prokurora hadisə yerinə çağırılan tibb heyət tərəfindən ilkin yardım edilib. O, dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını itirib.
Hadisə ilə bağlı Gebze Prokurorluğunda rəsmi vida mərasimi təşkil olunub.










































