Türkiyədə qalmaqallı prokuror müavini cəzalandırıldı

DÜNYA
00:01 08.01.2014
933
İstanbulun baş prokurorunun müavini Zəkəriyyə Öz işdən çıxarılıb və Bakırköy rayonuna prokuror təyin edilib.
Qeyd edək ki, Zəkəriyyə Özün Dubay səyahəti böyük səs-küyə səbəb olmuşdu. Belə ki, onun tətil xərclərinin iş adamı Əli Ağaoğlunun şirkəti tərəfindən qarşılandığı barədə məlumatlar yayılmışdı. Lakin prokuror müavininin özü bu məlumatları təkzib etmiş və səyahət xərclərini özü çəkdiyini bildirmişdi.

OXŞAR XƏBƏRLƏR